Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim ünvanladığı mesajında həzrət Ayətullah Seyid Müctəba Xameneinin Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən İran İslam Respublikasının üçüncü rəhbəri seçilməsi münasibətilə təbrik edib.
O, mesajında vurğulayaraq bildirib ki, bu seçim İmam Xomeyni (r) və Ayətullah Seyid Əli Xameneinin yolunun davamıdır. İranın müstəqilliyini, eləcə də İslamın əsasını qorumaq, həmçinin zülm və təcavüzə qarşı mübarizə aparmaq məqsədilə davam edən bir yoldur.
Livan Hizbullah Hərəkatının baş katibi Hizbullahın İran İslam İnqilabından ilham aldığını qeyd edərək bildirib ki, bu hərəkat İran İslam Respublikasının yeni rəhbərliyinə əvvəlki kimi sadiq qalacaq və müqavimət mehvərinə olunan dəstəyin davam etdirilməsinə, həmçinin zülm və işğala qarşı mübarizəyə xüsusi önəm verəcəkdir.
Şeyx Nəim Qasim həmçinin Hizbullah Hərəkatı və Livandakı İslam müqavimət qüvvələri adından İranın yeni rəhbəri ilə bir daha beyətini yeniləyib və İran xalqının, eləcə də dünya məzlumlarının ideallarının gerçəkləşməsi yolunda ona uğurlar arzulayıb.
Rəyiniz